Və Amerikadayam!

  Deməli başlayıram ABŞ-dan (bir az gecdə olsa ) ilk postumu yazmağa :).İyul ayının 22-si gecə saat 2-də 22 nəfər (1 nəfər sənədlərini itirdiyinə görə bizimlə gələ bilmədi) bizi Frankfurta aparcaq təyyarəyə əyləşib,uzun və əyləncəli ABŞ səfərinə başladıq.Təqrbən, 4 saatlıq uçuşdan sonra böyüklüyü az qala Biləsuvar boyda olan Frankfurta hava limanında yerə endik və 8 saatlıq tranzit gözləməsi başladı.Vaxt çox uzun olsada "energizer"imiz Samir Qədirovun (məşhur HERO) keçirtdiyi oyunlardan 8 saat gözlədiyimdən daha tez keçdi.Qarşıda isə bizi daha uzun  -10 saatlıq Denver uçuşu gözləyirdi.


Uçuş boyu 2-3 filmə baxıb sonra yatdım.Stüadressa( bu sözü dəqiq bilmirəm :) ) məni oyadanda isə bildimki artıq DENVERdəyik! Bir neçə saatlıq gözləmə  müddətində fürsət tapıb ən yaxxın dostlarımdan(hətta qardaş deyə bilərəm) Dünyaminin çox təriflədiyi "Taco Bell"dəki yeməklərdən də dada bildim.
Denverdə olarkən daha bir gözlənilməz hadisə baş verdi - dostlarımızdan birinin  sənədləri digər bir dostumuzun çantasında yük yerinə getmişdi!!! İki nəfərin bizimlə uça bilməyəcyini bilmək kefimizi tama pozmuşdu və bu əhval-ruhiyyə ilə CanadaAirin digərlərinə nisbətən daha kiçik olan təyyarəsinə əyləşdik.Çantamı yerləşdirərkən qəfətən başalayan alqış səsləri məni geri dönüb baxmağa məcbur etdi və nə görsəm yaxşıdır!!- uşaqlar uçuşa dəqiqələr qala özlərini təyyarəyə çatdırmışdıar.Son  anda baş verən bu hadisə kefimiz düzəltmişdi və son 4 saatlıq ALABAMA uçuşuna hazır idik.


Bir neçə saatdan sonra isə artıq Alabamanın HUNTSVİLLE şəhərindəydik.
Bugün isə artıq 13-cü gündürkü Huntsvilledəyəm.Bu 13  gündə çoxlu maraqlı və əyləncəli hadisələr baş verib,onlar haqda isə gələn postlarımda :)

Comments

Popular posts from this blog

Once upon in a time in the dreamland