Amerikdayam, yaxçı oğlanların gözündən iraq şortlarımızı geyinib gəzirik. Bizdən başqa yeriyen də yox, yanımızdan keçənlər maşından əcaib-əcaib hərəkətlər edirlər. Bilmirdim məzələnirlər ya yox amma mırt görünürdü. Gəldiyimizin neçənci həftəsi idi yadıma gəlmir, babat tufan olmuşdu, ilk dəfə görən adamlarıq da, hamımız yorğan döşək dəhlizə çıxmışıq. Camaat qorxudan əsəndə tipliyim tutdu gedib pəncərəni açdım- tufaaaaann (zaaaaaa) - uşaqların sifətinin aldığı bir ifadə vardı gəl görəsən. Cəfər var idi, otaq yoldaşım, arada günümü qara eləsədə yaxşı uşaq idi, səsin atdıye başına, nağarırsan ayə, başın xarabdı, hansı dəli belə havada pənəcərəni açar, qoyacam şapalağı. Hansı dəli pənəcərəni açar dedi də, 5 dəq sonra elə yerliləri -gəncəli uşaqlar gəldilər, qaqaşlar həyətdə video çəkirlərmiş, adamlarım mənim. Hamı dəhlizdə qaldı-qalmadı bilmirəm, amma mən gedib yerimdə yatdım. Bir dəfə getdim telefon almağa, kartım işləmədi, getdim atm-ə. ATM başına tolandığım 600 dolları 20 dollarla...
Comments
Post a Comment