#3
– Pablosunuz? – deyə soruşdum. – Heç kiməm, – kişi mehribanlıqla cavab verdi. – Burada heç kəsin adı yoxdur, heç birimiz də şəxsiyyət deyilik. Mən şahmatçıyam. Şəxsiyyət yaratmaq dərsi almağa gəlibsiniz? – Bəli, buyurun. – Elə isə lütfən öz fiqurlarınızdan bir az mənə verin. – Hansı fiqurları? – Bayaq şəxsiyyətinizin parçalandığı fiqurları deyirəm. Axı fiqursuz oynaya bilmərəm. Mənə bir güzgü göstərdi və gördüm ki, vahid şəxsiyyətim çoxlu "mən"ə parçalandı, özü də bayaqkından artıq oldu. Ancaq bunlar lap balaca- təxminən şahmat fiqurları boyda idi və kişi inamla, sakitcə bir neçəsini götürüb şahmat taxtasının böyründə yerə düzdü. Tez-tez eşitdiyi nitqi və mühazirəni təkrar edirmiş kimi yeknəsaq bir səslə danışmağa başladı: – «İnsanın daimi vahidliyi» adlı yanlış, bədbəxtlik gətirən nəzəriyyə sizə məlumdur. Bir də o məlumdur ki, insan bir yığın qəlbdən, çoxlu «mən»lərdən ibarətdir. Şəxsiyyətin zahiri vahidliyinn bu cür müxtəlif fiqurlara parçalamaq səfehlik hesab olunur v