Posts

Showing posts from May, 2014

#3

– Pablosunuz? – deyə soruşdum. – Heç kiməm, – kişi mehribanlıqla cavab verdi. – Burada heç kəsin adı yoxdur, heç birimiz də şəxsiyyət deyilik. Mən şahmatçıyam. Şəxsiyyət yaratmaq dərsi almağa gəlibsiniz? – Bəli, buyurun. – Elə isə lütfən öz fiqurlarınızdan bir az mənə verin. – Hansı fiqurları? – Bayaq şəxsiyyətinizin parçalandığı fiqurları deyirəm. Axı fiqursuz oynaya bilmərəm.  Mənə bir güzgü göstərdi və gördüm ki, vahid şəxsiyyətim çoxlu "mən"ə parçalandı, özü də bayaqkından artıq oldu. Ancaq bunlar lap balaca- təxminən şahmat fiqurları boyda idi və kişi inamla, sakitcə bir neçəsini götürüb şahmat taxtasının böyründə yerə düzdü. Tez-tez eşitdiyi nitqi və mühazirəni təkrar edirmiş kimi yeknəsaq bir səslə danışmağa başladı:   – «İnsanın daimi vahidliyi» adlı yanlış, bədbəxtlik gətirən nəzəriyyə sizə məlumdur. Bir də o məlumdur ki, insan bir yığın qəlbdən, çoxlu «mən»lərdən ibarətdir. Şəxsiyyətin zahiri vahidliyinn bu cür müxtəlif fiqurlara parçalamaq səfehlik hesab olunur v...

Once upon in a time in the dreamland

Amerikdayam, yaxçı oğlanların gözündən iraq şortlarımızı geyinib gəzirik. Bizdən başqa yeriyen də yox, yanımızdan keçənlər maşından əcaib-əcaib hərəkətlər edirlər. Bilmirdim məzələnirlər ya yox amma mırt görünürdü. Gəldiyimizin neçənci həftəsi idi yadıma gəlmir, babat tufan olmuşdu, ilk dəfə görən adamlarıq da, hamımız yorğan döşək dəhlizə çıxmışıq. Camaat qorxudan əsəndə tipliyim tutdu gedib pəncərəni açdım- tufaaaaann (zaaaaaa) - uşaqların sifətinin aldığı bir ifadə vardı gəl görəsən. Cəfər var idi, otaq yoldaşım, arada günümü qara eləsədə yaxşı uşaq idi, səsin atdıye başına, nağarırsan ayə, başın xarabdı, hansı dəli belə havada pənəcərəni açar, qoyacam şapalağı. Hansı dəli pənəcərəni açar dedi də, 5 dəq sonra  elə yerliləri -gəncəli uşaqlar gəldilər, qaqaşlar həyətdə video çəkirlərmiş, adamlarım mənim. Hamı dəhlizdə qaldı-qalmadı bilmirəm, amma mən gedib yerimdə yatdım. Bir dəfə getdim telefon almağa, kartım işləmədi, getdim atm-ə. ATM başına tolandığım 600 dolları 20 dollarla...

#2

“Every morning in Africa, a gazelle wakes up, it knows it must outrun the fastest lion or it will be killed. Every morning in Africa, a lion wakes up. It knows it must run faster than the slowest gazelle, or it will starve. It doesn't matter whether you're the lion or a gazelle-when the sun comes up, you'd better be running.”  Christopher McDougall, Born to Run: A Hidden Tribe, Superathletes, and the Greatest Race the World Has Never Seen

#1

“ April was too lonely a month to spend alone. In April, everyone around me looked happy. People would throw their coats off and enjoy each other’s company in the sunshine—talking, playing catch, holding hands. But I was always by myself. ” Norwegian wood. Haruki Murakami